Blinken: "İranın İsrailə hücumu 48 saat ərzində başlaya bilər"

      Blinken:    "İranın İsrailə hücumu 48 saat ərzində başlaya bilər"
  05 Avqust 2024    Oxunub:1095
"Vaşinqton inanır ki, İranın İsrailə 24-48 saat ərzində hücum çəkə bilər.
AzVision.az xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Antoni Blinken G7 ölkələrinin XİN rəhbərləri ilə telefon danışığında söyləyib.

O, həmkarları söhbət zamanı ABŞ-nin regionda gərginliyi azaltmaq və genişmiqyaslı müharibənin qarşısını almaq səyləri ətrafında müzakirə aparıb.

"Tehrana hücumunu dayandırmaq üçün təzyiq göstərmək regional müharibədən qaçmağın ən yaxşı yoludur", - Blinken vurğulayıb.
Xamenei İsrailə hücum əmri verib

Xatırladaq ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İranın ali dini lideri Əli Xamenei İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İran   İsrail   münaqişə  





Xəbər lenti