İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib

İsrail “Hizbullah”ın hərbi obyektlərinə zərbələr endirib
  05 Avqust 2024    Oxunub:1086
İsrail Müdafiə Qüvvələrinin qırıcıları Livanın cənubundakı "Hizbullah" hərbi obyektlərinə, o cümlədən silah anbarına zərbələr endirib.
AzVision.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, Livanın cənubundakı Şebaa və Raçaya Əl-Fuxar bölgələrindən gələn təhlükəni aradan qaldırmaq üçün artilleriya atəşi də açılıb.

Ordunun mətbuat xidməti Livandan uçan Malkiya bölgəsində partlayıcı maddələr olan pilotsuz təyyarənin qəzaya uğradığını bildirib. Ölən və yaralananlar barədə məlumat verilmir.

Həmidə İbrahimova

AzVision.az




Teqlər: Hizbullah   İsrail  





Xəbər lenti