Qallant: "İsrail Ordusu hazırdır"

      Qallant:    "İsrail Ordusu hazırdır"
  05 Avqust 2024    Oxunub:1162
"İsrail Müdafiə Ordusu ölkəni İran və tərəfdaşlarının hücum təhlükəsindən qorumağa hazırdır".
AzVision.az xəbər verir ki, bu sözləri İsrailin müdafiə naziri Yoav Qallant ABŞ-li həmkarı Lloyd Ostinlə telefon danışığında dilə gətirib.

Tərəflər regiondakı cari vəziyyət və İranın mümkün hücumu ətrafında müzakirə aparıblar. Qallant Pentaqon rəhbərinə "möhkəm hərbi və strateji əməkdaşlığa görə" təşəkkürünü bildirib.
Blinken: "İranın İsrailə hücumu 48 saat ərzində başlaya bilər"

Xatırladaq ki, ötən günlərdə Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İranın ali dini lideri Əli Xamenei İsraili günahlandıraraq, bu ölkəyə hücum əmri verib. ABŞ Dövlət katibi Antoni Blinken belə bir hücumun "24-48 saat ərzində baş verə biləcəyini" vurğulayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   İran   münaqişə  





Xəbər lenti