Voskanyan İranı Vətəni kimi təriflədi

Voskanyan İranı Vətəni kimi təriflədi
  06 Avqust 2024    Oxunub:1150
Dünyada İrana qarşı artan aqressiya Ermənistanda narahatlıq yaradıb. Siyasətçilər, politoloqlar İrəvanın regionda ən yaxın müttəfiqinə təriflər yağdırır, Tehranın başı üzərində olan qara buludların Ermənistana da təsirsiz ötüşməyəcəyini deyirlər.
Məsələn, iranşünas, radikal və revanşist açıqlamaları ilə seçilən Vardan Voskanyan "Mamul" nəşrinə açıqlamasında deyib ki, guya bütün dünya hazırda İrandan qorxur: “Dünya liderləri İranın Haniyənin öldürülməsinə cavab olaraq atacağı addımları donmuş vəziyyətdə gözləyir. Hər yerdə narahatlıqlar, qorxular, qeyri-müəyyənliklər müşahidə olunur, gizli danışıqlar gedir. “Orta Şərq aslanı” isə ədalətlə heç bir əlaqəsi olmayan bu dünyada güclülərə hörmət edildiyini və hər kəsin yalnız onlarla hesablaşdığını başa düşür. Tehran öz gücünə və imkanlarına arxayın olaraq növbəti hərəkətlərini sakit şəkildə planlaşdırır".

İran Macarıstan vasitəsilə İsrailə hücum etmək niyyətini çatdırıb
Voskanyan Haniyənin İranın mərkəzində rahat şəkildə öldürülməsinə toxunmaq istəməyib. Bu amil İranda bir nömrəli şəxslərin belə təhlükəsizliyinin sıfıra bərabər olduğunu sübut edir. Amma ekspert özlərinə qardaş saydıqları Tehranın hərbi imkanlarını tərifləməkdə davam edib: "Cəmi 40 il əvvəl öz raketi belə olmayan bu qədim sivilizasiya indi raket üzrə fövqəldövlətdir, hətta nüvə gücünə çevrilməyə belə yaxındır. Onlar bölgədə, bəlkə də dünyada ən yaxşı peyk qüvvələrinə də malikdirlər. İranı sevməmək, bəyənməmək, hətta nifrət etmək də olar. Amma ona hörmət etməmək mümkün deyil. Hazırda iranlıların qisasından da qaçmaq mümkün deyil".

Tural Tağıyev
AzVision.az



Teqlər:   İran  





Xəbər lenti