Aİ: "Banqladeşdəki hadisələrdən narahatıq"

       Aİ:     "Banqladeşdəki hadisələrdən narahatıq"
  06 Avqust 2024    Oxunub:1057
Avropa İttifaqının Banqladeş üzrə səfiri Çarlz Vaytli bu ölkədə Baş nazirin istefası, parlamentin buraxılması ilə nəticələnən iğtişaşlara münasibət bildirib.
AzVision.az xəbər verir ki, bu barədə Aİ-nin Banqladeş missiyasının "X" hesabından bildirilib.

"Tərəfləri təmkinli davranmağa, zorakılıqdan qaçınmağa və bütün banqladeşlilərin insan hüquqlarını qorumağa çağırırıq. Məbədlərə, dini, etnik və digər azlıqların üzvlərinə qarşı çoxsaylı hücumlar barədə xəbərlərdən narahatıq. Tələbə hərəkatının azlıqların müdafiəsi ilə bağlı səyləri alqışlayırıq", - məlumatda vurğulanır.
Banqladeşdə iğtişaşlar: Əhali qələbəni bayram edir - FOTO/VİDEO

Xatırladaq ki, Banqladeşdə ötən aydan bəri başlayan kütləvi iğtişaşlar avqustun 4-dən bəri pik həddə çatıb. Əsasən hökumətin mübahisəli iş kvotası səbəbi ilə meydana gələn aksiyalarda indiyədək 300-ə yaxın şəxs həyatını itirib.

Ölkənin Baş naziri Şeyx Həsinə dünən istefa verərək, Hindistana qaçıb. Bu gün isə Prezident Məhəmməd Şahabuddin parlamentin buraxıldığını açıqlayıb.

Hazırda Banqladeş Silahlı Qüvvələrinin rəhbərliyi ölkənin faktiki hakimidir və onun nəzarəti ilə müvəqqəti hökumətin qurulacağı gözlənilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Banqladeş   etiraz   iğtişaş    





Xəbər lenti