Rusiya vətəndaşları Banqladeşdən təxliyə olunmayacaq

Rusiya vətəndaşları Banqladeşdən təxliyə olunmayacaq
  07 Avqust 2024    Oxunub:695
Rusiya vətəndaşları Banqladeşdən evakuasiya olunmaycaqlar.
AzVision.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dəkkədəki səfirliyindən məlumat verilib.

“Evakuasiyaya ehtiyac yoxdur. Banqladeşi tərk etməklə bağlı heç bir müraciət qeydə alınmayıb”, - deyə diplomatik nümayəndəlikdən bildirilib.

Bundan əlavə Rusiya səfirliyi ətrafında vəziyyətin stabil olduğu qeyd olunub.

Xatırladaq ki, avqustun 5-də Banqladeşin paytaxtında iğtişaşlar başlayıb. Baş nazir Şeyx Həsinə istefa verdikdən sonra Hindistana qaçıb və orada Böyük Britaniyadan siyasi sığınacaq istəyib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Banqladeş   Rusiya  





Xəbər lenti