Politico: “NATO Rusiyanın hücumuna cavab verə bilməyəcək”

   Politico: “NATO Rusiyanın hücumuna cavab verə bilməyəcək”
  07 Avqust 2024    Oxunub:749
NATO başa düşür ki, şərqdən hücum olarsa, müttəfiqlər “inzibati süründürmələr” səbəbindən ağır texnika və qoşunların geri atılması ilə bağlı problemlərlə üzləşəcəklər.
AzVision.az xəbər verir ki, “Politico” nəşri fransalı general Bertran Tujudan belə sitat gətirib.

“Soyuq Müharibə dövründə avadanlıqların Avropa ətrafında hərəkəti daha asan idi. Rusiya NATO ölkələrinə hücuma başlayarsa, digər avropalılar və amerikalılar qoşunlarını şərq cinahına mümkün qədər tez köçürməli olacaqlar. Lakin buna avadanlıqların infrastruktur üzrə daşınmasında uzun və parçalanmış inzibati proseslər və nəqliyyat imkanlarının çatışmazlığı mane olur”, - general Tuju bildirib.

General onu da xatırladıb ki, 2022-ci ilin əvvəlində Avropa həqiqətən də avadanlığın daşınması prosesinin nə qədər çətin olduğunu başa düşdü.

- Biz inzibati süründürməçiliyin miqyasını aşkar etdik. Ukraynada müharibə gedir, lakin gömrük işçiləri bildirirlər ki, sizdə tələb edilən mehvər tonnajı olmadığına görə, tanklarınızın Almaniya sərhədindən keçməsinə icazə verilmir”, - fransız generalına istinad edən “Politico” nəşri yazır.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Rusiya   NATO  





Xəbər lenti