Kurskun atəşə tutulması nəticəsində 24 nəfər yaralanıb

Bildirilib ki, yaralalanlardan 6-sı uşaqdır. Yaralılardan 13-ü dərhal xəstəxanaya yerləşdirilib. Zərərçəkənlərə lazımi yardım tam şəkildə göstərilir.
Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri avqustun 6-da səhər saatlarında Kursk vilayətinin ərazisinə girməyə cəhd edib. Rusiya Müdafiə Nazirliyi 300 nəfərədək şəxsi heyətlə Ukrayna qoşunlarının 11 tank və 20-dən çox zirehli texnikasının dəstəyi ilə Nikolaevo-Daryino və Oleşnya yaşayış məntəqələrinə hücum edib. Ukrayna Silahlı Qüvvələrinin 16 texnikası məhv edilib.
Həmidə İbrahimova
AzVision.az
Teqlər: Rusiya Ukrayna müharibə