Almaniya öz vətəndaşlarını Livandan çıxmağa çağırıb

   Almaniya öz vətəndaşlarını Livandan çıxmağa çağırıb
  07 Avqust 2024    Oxunub:959
"Livandan mümkün evakuasiya əməliyyatını gözləməyə ehtiyac yoxdur".
AzVision.az xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin sözçüsü bildirib.

O vurğulayıb ki, vətəndaşlar öz çıxışlarını özləri həyata keçirməlidirlər.

Digər tərəfdən, ölkənin Müdafiə Nazirliyinin sözçüsü isə Yaxın Şərqdə münaqişə böyüyəcəyi təqdirdə Almaniya vətəndaşlarının mümkün evakuasiyası ilə bağlı ətraflı məlumat verməkdən boyun qaçırıb.

Eyni zamanda, Almaniyanın "Lufthansa" dövlət hava yolları şirkəti regionda gərginliyin artması səbəbi ilə avqustun 13-dək İran və İraqın hava məkanına girməyəcəyini, habelə Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların dayandırıldığını açıqlayıb.

Firudin Həmidli
AzVision.az


Teqlər: Almaniya   Livan   Yaxın-Şərq  





Xəbər lenti