COVID-in FLiRT ştamı daha yoluxucudur

COVID-in FLiRT ştamı daha yoluxucudur
  07 Avqust 2024    Oxunub:957
Koronavirus infeksiyasının bu yaxınlarda Ukraynada aşkar olunmuş yeni FLiRT ştamı əvvəlkilərdən fərqli olaraq daha yoluxucudur. Buna baxmayaraq, vaksinasiya hələ ki, effektiv profilaktik vasitə olaraq qalır
AzVision.az Trend-ə istinadən xəbər verir ki, koronavirus infeksiyasının bu yaxınlarda Ukraynada aşkar olunmuş yeni FLiRT ştamı əvvəlkilərdən fərqli olaraq daha yoluxucudur. Buna baxmayaraq, vaksinasiya hələ ki, effektiv profilaktik vasitə olaraq qalır.

Trend xəbər verir ki, bu barədə Ukrayna səhiyyə nazirinin müavini, Baş dövlət sanitar həkimi İqor Kuzin telemarafonun efirində bildirib.

Kuzin xatırladıb ki, bu yaxınlarda Ukraynada yeni FLiRT subvariantının ilk üç hadisəsi qeydə alınıb: ikisi Kiyevdə və biri İvano-Frankovsk vilayətində.

“Bu, şərti olaraq insandan insana daha tez ötürülməsi və immunitet reaksiyasından daha çox qaçması ilə xarakterizə olunan subvariantlardan biridir, lakin ümumi simptomlar eynilə qalır: bədən temperaturunun yüksəlməsi, əsasən xəstəliyin ilk günlərində öskürək, baş ağrıları və əzələ ağrıları ola bilər” , - deyə o izah edib və peyvəndin gücləndirici dozasını almamış insanların yoluxma riskinin yüksək olduğunu qeyd edib.

Kuzinin sözlərinə görə, yeni subvariant haqqında ilk məlumatlar hələ mart ayında daxil olub. Növbəti aylarda bir çox ölkələr COVID-19-a yoluxma hallarının artması barədə bildiriblər. Məsələn, Amerika Birləşmiş Ştatlarında göstəricilər 25 faiz artıb.

Ümumdünya Səhiyyə Təşkilatının indiyə qədər FLiRT ilə bağlı hesablamaları təqdim etmədiyinə baxmayaraq, profilaktik peyvəndlər üçün istifadə edilən hazırkı vaksinin effektiv olduğuna dair məlumatlar var.

AzVision.az



Teqlər:





Xəbər lenti