ƏDV ödəyicilərinin sayı bu il 9 % artıb

ƏDV ödəyicilərinin sayı bu il 9 % artıb
  08 Avqust 2024    Oxunub:1044
Bu ilin avqustun 1-nə Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 2,5 % artaraq 780,5 minə çatıb.
AzVision.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, aktiv ƏDV ödəyicilərinin sayı 49,9 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 209,1 min olub ki, bu da ilin əvvəlinə nisbətən müvafiq olaraq 9,2 % və 2,2 % çoxdur.

AzVision.az


Teqlər:





Xəbər lenti