AzVision.az "TRT Haber"ə istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı bazasında təxribat törətməyi planlaşdıran PKK-lı terrorçu Serdar Sönməz öldürülüb.
Onun kod adının "Eziz Qabar" olduğu bildirilib. MİT-in sahə agentlərindən alınan kəşfiyyat məlumatlarına görə, Serdar Sönmez TSK-nın Hakurkdakı əməliyyat bölgəsinə sızmağa cəhd edərək kəşfiyyat və müşahidə fəaliyyəti həyata keçirəcəkmiş.
Terrorçunun 2014-cü ildə terror təşkilatı PKK/KCK-ya qoşulduğu məlum olub.
Həmidə İbrahimova
AzVision.az