Zaxarova: “Qərb Rusiyanın Cənubi Qafqazla əlaqələrini dağıdır”
“Xarici siyasətə cavabdeh olan yüksək vəzifəli Amerika rəsmilərinin bu cür “səmimi etirafları” bizim diqqətimizi cəlb edir. Qərb Rusiyanın ənənəvi müttəfiqləri və qonşuları ilə tarixi əlaqələrini məhv etmək üçün Cənubi Qafqaz məkanını parçalamağa çalışır. Tarix boyu biz dəfələrlə qardaş erməni xalqı ilə çiyin-çiyinə olmuşuq və gələcəkdə də bunu etmək niyyətindəyik”, - Mariya Zaxarova vurğulayıb.
Xatırladaq ki, bu ilin fevralında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Dağlıq Qarabağ məsələsində tutduğu mövqeyə görə ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünün dondurulduğunu bildirdi. Kreml isə erməni tərəfi ilə təkcə KTMT çərçivəsində deyil, həm də ikitərəfli səviyyədə təmaslara hazır olduqunu bəyan etdi. Lakin bir müddət sonra ölkəsinin başqa yolu qalmadığını deyən Paşinyan Ermənistanın KTMT-dən çıxdığını açıqladı.
Sahil İsgəndərov
AzVision.az