Əhməd İsmayılov: "Seçkilərlə bağlı media subyektlərinə lazımi şərait yaradılıb"

      Əhməd İsmayılov:    "Seçkilərlə bağlı media subyektlərinə lazımi şərait yaradılıb"
  08 Avqust 2024    Oxunub:879
"Seçkilərin mediada işıqlandırılması prosesini operativ izləmək üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən monitorinq həyata keçirilməkdədir".
AzVision.az xəbər verir ki, bu sözləri Mərkəzi Seçki Komissiyasının, Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Milli Məclisə seçkilərdə fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov deyib.

"Bu, dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən tədbirlər ərəfəsində mediamızın məsuliyyətini, baş verənlərə çevik reaksiyasını daha da artırır. Təcrübə göstərir ki, seçkilər zamanı ölkəmizin informasiya mühitinə kənardan yönləndirilən təhdidlər artır, informasiya manipulyasiyasının bütün formalarının sistemli şəkildə tətbiq edilməsi halları müşahidə olunur. İctimai rəyi çaşdırmağa, ölkəmiz haqqında mənfi rəy yaratmağa yönəlmiş bu kimi hallara qarşı sayıqlığımızı daha da artırmalıyıq", - o vurğulayıb.

AzVision.az


Teqlər: MSK   MEDİA   seçkilər  





Xəbər lenti