Yaponiyada güclü zəlzələ baş verib, sunami xəbərdarlığı edilib

Yaponiyada güclü zəlzələ baş verib,    sunami xəbərdarlığı edilib
  08 Avqust 2024    Oxunub:716
Yaponiyanın cənubundakı Küsü adasında 7,1 bal gücündə zəlzələ baş verib.
AzVision.az xəbər verir ki, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Bundan əlavə sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Yeraltı təkanlar yerli vaxtla saat 16:42-də Miyadzaki prefekturasının sahillərində, təxminən 29 kilometr dərinlikdə qeydə alınıb.

Səlahiyyətlilər Koçi və Miyadzaki prefekturalarının sahilyanı ərazilərindəki sakinlərə dərhal təxliyyə etməyi əmr edib. Yerli polis rəisinin sözlərinə görə, binalara ciddi ziyan dəyməyib, lakin Miyadzaki limanında suyun səviyyəsi 50 santimetr qalxıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Yaponiya   zəlzələ  





Xəbər lenti