Ukrayna SQ-nin Kurska hücumu narahatlıq yaradır — BMT

Ukrayna SQ-nin Kurska hücumu narahatlıq yaradır —    BMT
  08 Avqust 2024    Oxunub:988
Təşkilatın baş ofisi tərəfləri mülki əhalinin təhlükəsizliyini təmin etməyə çağırıb.
AzVision.az xəbər verir ki, Rusiyalı hərbi ekspertlər yazır ki, "vəziyyət həyəcanvericidir. Ukrayna SQ Kursk AES-dən 30 km məsafədədir".

"The Telegraph" bu əməliyyatla bağlı Ukraynanın 3 məqsədini qeyd edib:

Rusiya SQ-ni Donetskdən çıxarmaq.
Rusiya daxilində böhran və gərginlik yaratmaq.
Sülh danışıqları öncəsi "əlini gücləndirmək".

"The Washington Post" isə yazır ki, rəsmi Kiyevin məqsədi Rusiya qazının Avropaya tədarükünü dayandırmaq ola bilər.

Zelenski isə bu gün bu sözləri dilə gətirib:

"Hər kəs görür ki, Ukrayna ordusu təəccübləndirməyi və nəticə qazanmağı bacarır. Torpağımıza müharibəni gətirən Rusiya idi və indi o müharibənin nə olduğunu özü hiss etməlidir. Hesabatlar effektivdir. İndiki məqamda dövlətimizə lazım olan məhz budur".

AzVision.az



Teqlər:





Xəbər lenti