Hindistan İsrailə uçuşları oktyabradək dayandırır

   Hindistan İsrailə uçuşları oktyabradək dayandırır
  09 Avqust 2024    Oxunub:661
Hindistanın dövlət hava yolları şirkəti "Air India" regiondakı vəziyyəti nəzərə alaraq, İsrailə uçuşları oktyabrın sonunadək təxirə salıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrailin "Kanal 7" telekanalı məlumat yayıb.
Hindistan İsrailə uçuşları dayandırıb

Xatırladaq ki, şirkət daha əvvəl Tel-Əvivə və əksinə uçuşları avqustun 8-dək dayandırdığını açıqlamışdı.

Yaxın Şərqdəki gərginliklə əlaqədar artıq 10-dan çox aviaşirkət İsraillə yanaşı digər ölkələrə, o cümlədən Livana uçuşları dondurur. Ötən günlərdə Almaniyanın "Lufthansa" dövlət hava yolları şirkəti avqustun 13-dək "İran və İraqın hava məkanına girməyəcəyini, habelə Təl-Əviv, Tehran, Beyrut, Əmman və Ərbilə uçuşların dayandırıldığını" açıqlayıb. Almaniya hökuməti isə, öz növbəsində, Livandakı vətəndaşlarını dərhal oradan çıxmağa çağırıb.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Hindistan   İsrail   Yaxın-Şərq   təyyarə  





Xəbər lenti