İsrailli nazir: "Hizbullah"la müharibə təhlükəsizliyimiz üçün zəruridir"

      İsrailli nazir:    "Hizbullah"la müharibə təhlükəsizliyimiz üçün zəruridir"
  09 Avqust 2024    Oxunub:841
İsrailin təhsil naziri Yoav Kiş İsrail və "Hizbullah" arasında mümkün genişmiqyaslı müharibədən danışıb.
AzVision.az xəbər verir ki, o bu barədə fikirlərini ölkənin "Maariv" qəzetinə müsahibəsində dilə gətirib.

"Əsas məsələ müharibənin mümkünlüyü deyil, vaxtı və şəraitidir. İsrail siyasi və hərbi cəhətdən hazır vəziyyətə gəldikdə bu baş verəcək. "Hizbullah"la müharibə İsrailin təhlükəsizliyi naminə həm zəruri, həm də qaçılmazdır", - o vurğulayıb.

Nazir belə bir müharibədə ABŞ-nin İsrailin mövqeyinə necə təsir göstərib-göstərməyəcəyi haqqında da öz fikrini diqqətə çatdırıb.
ABŞ və İsrailin qərargah rəisləri görüşüblər

"ABŞ İsrailin ən yaxşı dostudur, ancaq hər məqamda ortaq məxrəci gələ bilməzlər. İsrail öz təhlükəsizliyi üçün gec-tez hərəkətə keçməlidir", - Yoav Kiş deyib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Hizbullah   ABŞ   münaqişə  





Xəbər lenti