İkinci qrup üzrə 284 abituriyent 600 və daha çox bal toplayıb

İkinci qrup üzrə 284 abituriyent 600 və daha çox bal toplayıb
  09 Avqust 2024    Oxunub:980
Ali təhsil müəssisələrinə qəbul imtahanında II ixtisas qrupu üzrə 284 abituriyent 600 və daha çox bal toplayıb.
Bu barədə AzVision.az -a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Qeyd olunub ki, bu ixtisas qrupu üzrə imtahanın nəticələrinə əsasən ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan 6777, ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan 11684 abituriyent müsabiqədə iştirak etmək hüququ qazanıb.

Xatırladaq ki, 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 11 min 335, rus bölməsi üzrə 575 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2640 olmaqla, II ixtisas qrupu üçün cəmi 14 min 550 plan yeri ayrılıb. II ixtisas qrupunda 4390 yer üzrə qəbul isə dövlət sifarişi əsasında aparılır.

Ali təhsil müəssisələrinə ixtisas seçimi bu gündən başlanıb və avqustun 19-dək davam edəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti