Prezident ekvadorlu həmkarına təbrik ünvanlayıb

Prezident ekvadorlu həmkarına təbrik ünvanlayıb
  10 Avqust 2024    Oxunub:767
Azərbaycan Prezidenti İlham Əliyev Ekvador Prezidenti Daniel Noboa Azinə təbrik məktubu göndərib.
AzVision.az məktubu diqqətə çatdırır:

"Ekvador Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Ekvador arasında münasibətlər daha da genişlənəcək, çoxtərəfli təsisatlarda əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

AzVision.az


Teqlər: Prezident   təbrik  





Xəbər lenti