Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb

Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri artıb
  10 Avqust 2024    Oxunub:934
Bu ilin yanvar-iyun aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 3 milyard 565,9 milyon manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsinin Bakı şəhər statistika idarəsindən bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,5 % çoxdur.

Hesabat dövründə əhaliyə göstərilən ödənişli xidmətlərin 3 298,6 milyon manatlıq hissəsi hüquqi şəxslərin payına düşüb.

Xatırladaq ki, 6 ay ərzində Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən real ifadədə 6,9 % artaraq 5 milyad 832,7 milyon manat olub. Hüquqi şəxslər əhaliyə 4 milyard 380,7 milyon manatlıq xidmət göstəribki, bu da xidmətlərin ümumi dəyərinin 75,1 %-ni təşkil edib.


AzVision.az


Teqlər:





Xəbər lenti