Britaniya hökuməti onlayn təhlükəsizlik aktına dəyişikliklər etməyi planlaşdırır

Britaniya hökuməti onlayn təhlükəsizlik aktına dəyişikliklər etməyi planlaşdırır
  10 Avqust 2024    Oxunub:1286
Böyük Britaniya hökuməti internetdə yayılan yalan məlumatların səbəb olduğu və bir həftə davam edən irqçi iğtişaşlardan sonra sosial media şirkətlərini tənzimləmək üçün hazırlanmış onlayn təhlükəsizlik aktına dəyişikliklər etməyi nəzərdən keçirir.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, təklif olunan dəyişikliklərə görə, sosial media şirkətləri dezinformasiya kimi zərərli məzmunun yayılmasına icazə verərsə, onlara cərimə tətbiq edilə biləcək. Hazırda şirkətlər yalnız zorakılığa çağırışlar və ya nifrət nitqi kimi məzmuna nəzarət edə bilmədiklərinə görə cərimələnə bilərlər.

Qeyd edək ki, onlayn təhlükəsizlik aktı ötən ilin oktyabrında qəbul edilib, lakin aktın tətbiqinə gələn ilin əvvəlindən başlanılacaq. Bu akta görə, Britaniya hökuməti qanun pozuntusu aşkarlandığı təqdirdə, sosial media şirkətlərini qlobal dövriyyəsinin 10 faizinədək cərimələyə biləcək.

AzVision.az



Teqlər:





Xəbər lenti