İsrail Qəzza zolağında 30 hədəfə hücum etdi - Yaxın Şərqdə gərginlik

   İsrail Qəzza zolağında 30 hədəfə hücum etdi -    Yaxın Şərqdə gərginlik
  11 Avqust 2024    Oxunub:1233
İsrail Hərbi Hava Qüvvələri son 24 saat ərzində Qəzza zolağının hər yerində 30 müxtəlif radikal hədəfə zərbələr endirib. Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Hücum edilən hədəflər arasında silah anbarları, hərbi qurğular və tank əleyhinə raket buraxılış qurğusu var.

Bundan əlavə, İsrail quru qüvvələri sektorun cənubundakı Rəfah şəhəri ərazisində əməliyyatlarını davam etdirir.

Xüsusilə, avqustun 11-də səhər saatlarında tuneldən terrorçu dəstənin çıxdığını görən hərbçilər onu hava zərbəsi ilə aradan qaldırıblar.

Daha bir radikal qrup İsrail əsgərlərinin yerləşdiyi yerin yaxınlığındakı hərbi strukturda hücuma məruz qalıb.

Hərbçilər həmçinin bildiriblər ki, avqustun 10-da qoşunlar İsrailə mərmilərin atıldığı əraziyə zərbələr endirib və həmçinin “HƏMAS-ın raket bölməsinin istifadə etdiyi hərbi struktura hücum ediblər.

Uğur Əlizadə
AzVision.az


Teqlər:





Xəbər lenti