ABŞ Yaxın Şərqdə qüvvələrini gücləndirir

   ABŞ Yaxın Şərqdə qüvvələrini gücləndirir
  12 Avqust 2024    Oxunub:1082
ABŞ Yaxın Şərqdə İsrail və İran arasında mümkün genişmiqyaslı müharibənin qarşısını almaq məqsədilə raket sualtı qayıqları yerləşdirəcək.
Bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin əmr verib.

"Pentaqon" bildirir ki, nazirin digər bir göstərişi ilə "Abraham Linkoln" zərbə qrupunun regiona köçürülməsi sürətləndirilib.
Qərb mediası: İranla İsrail müharibəyə gedəcəkmi?

Xatırladaq ki, Fələstinin HƏMAS terror təşkilatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda sui-qəsdlə öldürülməsinin ardınca Yaxın Şərqdə İran və onun tərəfdaşları ilə İsrail arasında gərginlik daha da şiddətlənib. HƏMAS liderinin qətlində İsraili günahlandıran ali dini lider Əli Xamenei bu ölkəyə qarşı hücum əmri verib. ABŞ belə bir mümkün eskalasiya riskindən ehtiyatlanaraq, regiona öz qoşunlarını göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Yaxın-Şərq   qoşun  





Xəbər lenti