Ermənistanda şəhər merinin əmlakı müsadirə oluna bilər

Ermənistanda şəhər merinin əmlakı müsadirə oluna bilər
  12 Avqust 2024    Oxunub:894
Ermənistan prokurorluğu Qacaran şəhərinin meri Manvel Paramazyanın əmlakının müsadirə olunmasını tələb edir.
AzVision.az "Sputnik Ermənistana istinadən xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə ona bağlı şəxslərin əmlaklarının da müsadirə edilməsi tələb olunur. Prokurorluğun Qanunsuz Əmlakın Müsadirə edilməsi İdarəsi Paramazyanın və onunla əlaqəli şəxslərin əmlakının dövlət xeyrinə müsadirə edilməsi ilə bağlı artıq məhkəməyə vəsatət qaldırıb.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:





Xəbər lenti