Livan mediası: "Hizbullah" Beyrutdan qaçır"

      Livan mediası:    "Hizbullah" Beyrutdan qaçır"
  12 Avqust 2024    Oxunub:855
Livanda fəaliyyət göstərən iranyönümlü "Hizbullah" terror təşkilatı İsrailin mümkün genişmiqyaslı hücumundan ehtiyatlanaraq öz qərargahını paytaxt Beyrutdan tamamilə köçürür.
Belə bir iddianı yerli "Erem News" xəbər agentliyi yayıb.

Ayın əvvəlində təşkilatın yüksəkrütbəli nümayəndələrinin Beyrut ətrafındakı qərargahlardan çıxdıqları bildirilmişdi. Hazırki iddiada isə terrorçuların bütün qüvvəsinin və siyasi qanadının da cənubdakı Zahiyyə qəsəbəsindən köçürüldüyü vurğulanır.
Yaxın Şərqdə ikinci cəbhə: Livan "Hizbullah"ın güdazına gedəcəkmi?

Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyənin Tehranda, habelə "Hizbullah"ın ali hərbi komandiri Fuad Şükrün Beyrutda öldürülməsinin ardınca regionda daha da qızışan vəziyyət İran və müttəfiqləri ilə İsrailin bir-birinə hücum hədələri ilə müşayiət olunur. Nəticədə İsrail və "Hizbullah" arasında ötən ilin oktyabrından bəri Qəzzadakı müharibəyə paralel şəkildə başlayan sərhədboyu toqquşmalar şiddətlənib. Maraqlıdır ki, İranın İsrailə hücumunun gözləndiyi bir vaxtda İsrail də Livanda terrorçulara qarşı əməliyyat keçirməyə hazırlaşır. Belə bir şəraitdə əsas güclər: İran və İsrail arasında böyük toqquşmanın məhz Livan ərazisində qopacağını demək mümkündür.

Yeri gəlmişkən, İsrailin əksər hökumət nümayəndələri də "təkcə "Hizbullah" terrorçularının yox, bütövlükdə Livanın da cəzalandırılmasının" tərəfdarıdırlar.

"Artıq diplomatik həll qeyri-mümkündür. "Hizbullah" İsrailə PUA-lar və raketlərlə hücumlarını artırmaqdadır. Livana qarşı var gücümüzlə hərəkətə keçməliyik. İsrailə zərər vuran hər kəs ağır cavab verəcək - Qəzzadakı kimi", - İsrailin energetika naziri Eli Koen son müsahibələrindən birində vurğulayıb.
bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   Hizbullah   İsrail   münaqişə  





Xəbər lenti