Moskva: "Kurska hücumda NATO-nun əli var"

   Moskva: "Kurska hücumda NATO-nun əli var"
  12 Avqust 2024    Oxunub:1017
Rusiya Ukrayna Silahlı Qüvvələrinin (USQ) Kursk bölgəsində həyata keçirdiyi hərbi əməliyyatlara NATO-nun qərargahının rəhbərlik etdiyini açıqlayıb.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin (RSQ) Baş Hərbi-Siyasi İdarəsinin rəis müavini, “Axmat” xüsusi təyinatlılar qrupunun komandanı, general-mayor Apti Alaudinov USQ-nin Kursk vilayətinə hücumuna NATO-nun qərargah komandanlığının rəhbərlik etdiyini bildirib.

“İndi hər tərəfdən çoxlu fransızların, polyakların, yəni çoxlu əcnəbilərin olduğunu qeydə alırıq. Əlbəttə ki, bu əməliyyata bilavasitə NATO blokunun qərargahının komandanlığının rəhbərlik etdiyini demək lazımdır. Bu birmənalıdır, çünki ukraynalıların özləri çətin ki, belə bir hücumu formalaşdıra bilərlər”, - Alaudinov deyib.

Kiyev Rusiyanın sərt cavab verəcəyini gözləyir
Maraqlıdır ki, hadisə ilə bağlı kollektiv Qərb, ilk növbədə isə Vaşinqton verdiyi açqılamada USQ-nin Rusiyanın Kursk vilayətinə hücuma hazırlaşdığından xəbəri olmadığını və bu əməliyyatdan təəcübləndiyini bildirib.

Alaudinovun sözlərinə görə, Ukrayna ordusu öz qüvvələrini Belarus sərhədindən Kursk vilayətinə çəkib. Eyni zamanda, iki gün ərzində çoxlu sayda düşmən texnikası məhv edilib və “yəqin ki, bütün Şimal Hərbi Dairəsində heç vaxt belə hadisə baş verməyib”.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Alaudinov   NATO  





Xəbər lenti