Almaniya kansleri İran prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Almaniya kansleri İran prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
  12 Avqust 2024    Oxunub:766
Almaniya kansleri Olaf Şolts İran prezidenti Məsud Pezeşkian ilə telefon danışığı aparıb.
AzVision.az APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökumətinin sözçüsü Volfqanq Büxner açıqlama verib.

Məlumata görə, Şolts telefon danışığında Yaxın Şərqdə regional münaqişə təhlükəsindən narahatlığını ifadə edib.

Prezident Pezeşkianı hərbi gərginliyin daha da artmasının qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çağıran Almaniya kansleri bəyan edib ki, Yaxın Şərqdə zorakılıq spiralını dərhal qırmaq lazımdır, əks halda region ölkələri və xalqları üçün saysız-hesabsız təhlükələr yaranacaq.

Qəzza zolağında atəşkəs və girovların azad edilməsinə dair razılaşmanın tez bir zamanda bağlanması və həyata keçirilməsinin vacibliyini vurğulayan Şolts bunun regional gərginliyin azaldılmasına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb.

AzVision.az



Teqlər:





Xəbər lenti