Fələstin İsrailin təklifini rədd etdi

Fələstin İsrailin təklifini rədd etdi
  12 Avqust 2024    Oxunub:776
Fələstin İsrailin şərtləri əsasında Qəzza və Misir sərhədindəki Rəfah keçid məntəqəsinin açılması təklifini rədd edib.
AzVision.az xəbər verir ki, bu barədə "Sky News Arabia" telekanalı məlumat yayıb.

“İsrail Rəfah keçid məntəqəsinin Fələstinin təhlükəsizlik orqanları ilə əlaqəsi olmayan mülki şəxslərin idarəçiliyi altında açılmasını təklif edib”, - məlumatda deyilib.

Bildirilib ki, İsrailin təklifi nəzarət-buraxılış məntəqəsi və sərhəddə Fələstin bayrağının qaldırılmasını qadağan edir. İsrail nəzarət-buraxılış məntəqəsi ərazisində və Filadelfiya dəhlizində mövcudluğunu, eləcə də yoxlama və sorğuya müdaxilə etmək imkanını qoruyub saxlamaqda israr edir.

AzVision.az



Teqlər:





Xəbər lenti