“Temu”nun yaradıcısı Çinin ən varlı adamı oldu

“Temu”nun yaradıcısı Çinin ən varlı adamı oldu
  12 Avqust 2024    Oxunub:1208
Çinin “Pinduoduo” marketpleysinin və onun törəmə şirkəti “Temu”nun yaradıcısı Kolin Huan ölkəsinin ən varlı adamıdır.
AzVision.az xəbər verir ki, bunu “Bloomberg Billionaires Index”in (BBI) məlumatları sübut edir.

Milyarderin sərvəti avqustun 9-na 48,6 milyard ABŞ dolları səviyyəsində qiymətləndirilib.

Huan dünyanın ən zəngin 25-ci adamıdır.

Buna qədər üç ildən artıq müddətdə Çinin ən varlı adamı Çjon Şanşan idi. Sahibkar “Nongfu Spring” qablaşdırılmış sularının satışından sərvət qazanıb. Hazırda onun aktivləri 47,4 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

AzVision.az



Teqlər:





Xəbər lenti