Kimdir müqəssir? - Gürcüstan 2008-ci il müharibəsinin günahkarlarını açıqladı

  Kimdir müqəssir?  - Gürcüstan 2008-ci il müharibəsinin günahkarlarını açıqladı
  13 Avqust 2024    Oxunub:1547
"Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin 2008-ci ilin avqustunda xarici göstərişlərlə avantürist hərəkətlərə yol verməsi qaçılmaz müharibə ilə nəticələndi".
Bu ifadələr Gürcüstanın hakim partiyası "Gürcü Arzusu"nun siyasi şurasının bəyanatında vurğulanır.

"Cəmiyyətin böyük qismi Saakaşvilinin adekvatlığına haqlı şəkildə şübhə ilə yanaşır. Onun 2008-ci ildəki avantürizmi də psixi narahatlığının yox, kənar təsirlərin və yaxşı planlaşdırılan xəyanətin nəticəsi idi", - bəyanatda deyilir.

Hakim partiya belə bir açıqlamaya səbəb kimi göstərir ki, cəmiyyət sülh və sabitliyin davamlılığı üçün "ölkəyə və xalqa kimin xain çıxdığını" bilməlidir:

"Bu mənada ictimai-hüquqi prosesin həyata keçirilməsi çox əhəmiyyətlidir".

Firudin Həmidli
AzVision.az


Teqlər: Gürcüstan   prezident   ittiham  





Xəbər lenti