İqtisadi fəal əhalinin sayı 5,3 milyona yaxınlaşır
Xidmət sahəsində işləyənlərin 18,8 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,5 faizi təhsil, 8,3 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,1 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
Bu ilin II rübünün sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5042 nəfər olub. Onlardan 46,1 faizi tikintidə, 8,7 faizi emal sənayesində, 8 faizi mədənçıxarma sənayesində, 7,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 4,5 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 4,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi və 21,1 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.
Bu ilin birinci yarımilində bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 141,8 saat təşkil edib.
2024-cü il avqust ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 218,5 min nəfər olub, onların 45,3 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 407,4 manat olub.
AzVision.az
Teqlər: