Məzuniyyətdən sonra iş rejiminə rahat keçidlə bağlı PSİXOLOQ MƏSLƏHƏTİ

   Məzuniyyətdən sonra iş rejiminə rahat keçidlə bağlı    PSİXOLOQ MƏSLƏHƏTİ
  14 Avqust 2024    Oxunub:2745
AzVision –la söhbətdə psixoloq Mehriban Heydərova məzuniyyətdən sonra iş rejiminə rahat qayıtmağın yollarını izah edib.
Onun sözlərinə görə, istirahət ab-havasından işə ən yumşaq keçid günü düzgün planlamaq və sevimli hobbi ilə məşğul olmaqdır. Psixoloq deyir ki, işə həftənin 4-cü və ya 5-ci günü çıxmaqda fayda var. Belə ki, həftəsonu istirahət günləri tez gələcək və adaptasiya prosesi rahat keçəcək. Bundan başqa neqativ fikirləri bir kənara atmaq lazımdır.

- Əgər işinizin hər hansı pozitiv tərəfi yoxdursa və ağır əməklə məşğul olmaq tələb olunursa, bir az dəyişikliklərə ehtiyac var demək.
Çalışın, hər şeyə müsbət tərəfindən baxın: düşünün ki, pis-yaxşı işiniz var, sabahdan ümid kəsilməz, kolleqallarınızla xoş ünsiyyət qurun və s. Yenə də işdə xoş bir şey yoxdur deyə israr edirsinizsə, özünüzü dəyişin.

Röya Əliyeva
AzVision.az


Teqlər:





Xəbər lenti