İsrail Qəzzaya hava zərbəsi endirib, üç nəfər ölüb

İsrail Qəzzaya hava zərbəsi endirib,    üç nəfər ölüb
  15 Avqust 2024    Oxunub:916
İsrailin Qəzzanın cənubundakı Əl-Səbra bölgəsinə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb, daha bir neçə nəfər yaralanıb.
AzVision.az xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb.

"Qəzzada 70 min insan hepatitə yoluxub"
Həmçinin bildirilib ki, İsrail Qəzza zolağına kütləvi hücumları davam etdirir. Anklavın mərkəzi və cənub bölgələrində onlarla insanın öldüyü qeyd olunub.

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulması, sərhədyanı qəsəbələrin sakinlərinin öldürülməsi və dinc sakinlərin girov götürülməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin şəkildə pisləşib.

Buna cavab olaraq İsrail HƏMAS-ın hərbi və siyasi strukturunu məhv etmək, oğurlananların hamısını azad etmək məqsədi ilə Qəzzada hərbi əməliyyata başlayıb.

Son məlumata görə, İsrail-HƏMAS müharibəsi nəticəsində indiyədək 39 min 677 fələstinli həyatını itirib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Qəzza   İsrail   müharibə  





Xəbər lenti