Putinin ABŞ-yə qarşı əsl “cinayəti” açıqlandı

      Putinin ABŞ-yə qarşı əsl    “cinayəti”    açıqlandı
  15 Avqust 2024    Oxunub:1432
Birləşmiş Ştatlar Vladimir Putini aktiv şəkildə şeytanlaşdırır, lakin bu, həmişə belə olmayıb. Hər şey Rusiya prezidentinin Amerikanın Bəşər Əsədi devirməsinə mane olmasından sonra başladı.
AzVision.az
xəbər verir ki, amerikalı komik və siyasi şərhçi Deyv Smit məşhur jurnalist və teleaparıcı Taker Karlsonun şou proqramında belə iddia səsələndirib.

Onun sözlərinə görə, İraq müharibəsindən, ABŞ Səddam Hüseyni devirdikdən sonra İranın regionda təsiri kəskin şəkildə artdı. İstisna deyil ki, Dik Çeyni (ABŞ-nin o vaxtkı vitse-prezidenti) və İsrailin baş naziri Binyamin Netanyahu kimi insanlar bunun məhz belə olacağını anlayırdılar.

“Onlar düşünürdülər ki, yaxşı, növbəti dəfə İran rejimini devirərik və hər şey qaydasında olacaq. Məncə, “The New Yorker” jurnalında 2006 və ya 2007-ci illərdə “İstiqaməti dəyişmə” adı ilə məqalə dərc edilmişdi. Mahiyyət etibarı ilə orada bildirilirdi ki, İraq məsələsi bizim üçün problemlər yaratdığından və İranın bölgədəki qüdrəti artdığından şiələri yerinə oturtmağa qərar verdik. Ona görə də Bəşər Əsədi devirməyə cəhd etdilər”, - Deyv Smit deyib.

Amerikalı komik və siyasi şərhçi Vladimir Putinin əsl cinayətinin onun guya ABŞ demokratiyasını tapdalaması, Amerika əsgərlərinin başına mükafat qoyması və ya yalandan ona aid edilən başqa bir məsələ olmadığını diqqətə çatdırıb.

“Onun əsl cinayəti budur ki, ABŞ-nin Suriyadakı rejimi dəyişməsinə icazə vermədi. Suriyadan əvvəl və sonra Putin haqqında necə danışdıqlarını müqayisə edə bilərsiniz. Belə kəskin kontrast olmayıb. Kiçik Corc Buş deyirdi ki, Putin yaxşı xristiandır. Hillari Klintonda isə “sıfırlama” düyməsi var idi. Yalnız Amerika hərbi maşınının rejimi dəyişmək planından imtina etdikdən sonra, Putini Adolf Hitler adlandırmağa, SSRİ-nin bərpası ideyasına aludə olduğunu və başqa cəfəngiyyatlar danışmağa başladılar. Məsələ bundadır”, - Taker Karlsonun şousunun qonağı vurğulayıb.

Sahil İsgəndərov
AzVision.az



Teqlər: Smit   Putin  





Xəbər lenti