Husilərin hücumları qlobal təchizat zəncirlərini sıradan çıxarır

   Husilərin hücumları qlobal təchizat zəncirlərini sıradan çıxarır
  15 Avqust 2024    Oxunub:1111
Yəməndə fəaliyyət göstərən "Husi" terror qruplaşmasının ötən ilin noyabrından bəri İsrailin Qəzzada apardığı müharibəyə cavabən bu ölkə ilə əlaqəli gəmiləri hədəfə alması, dəniz ticarətini təhlükəli hala gətirməsi həm regional, həm də qlobal iqtisadiyyata böyük zərbə vurmaqdadır.
Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşən "DP World Group" dənizçilik şirkətinin baş icraçı direktoru Sultan Əhməd bin Sülayim bildirib. Onun sözlərinə görə, şirkətin gəlirləri yarım il ərzində təqribən 60% azalıb.

"Ötən ilin eyni dövründəki 651 milyon dollarlıq mənfəət il 265 milyon dollara düşüb. Ümumiyyətlə, artıq 2024-cü il geosiyasi mühitin pisləşməsi, Qırmızı dənizdə böhran səbəbi ilə qlobal təchizat zəncirlərinin pozulması ilə yadda qaldı", - o vurğulayıb.

("DP World Group" dənizçilik şirkətinin baş icraçı direktoru Sultan Əhməd bin Sülayim)

Direktor, eyni zamanda, söyləyib ki, "makroiqtisadi və geosiyasi dalğalanmalara görə yaxın gələcək üzrə ticarət perspektivi qeyri-müəyyəndir".

Xatırladaq ki, Qırmızı dənizdə və ətraf sularda İsraillə əlaqəli vuran husilər öz hücumlarını Qəzzada müharibə qurtaranacan dayandırmayacaqlarını, hətta lazım gələrsə, hücum sahəsini Hind okeanınadək uzadacaqlarını bildirirlər. ABŞ, Britaniya və bir sıra Avropa ölkəsi terrorçuların zərbələrinə müqavimət naminə regiona qüvvələr göndəriblər.

Firudin Həmidli
AzVision.az


Teqlər: Qırmızı-dəniz   iqtisadiyyat   geosiyasət  





Xəbər lenti