Ronaldoya Qurani-Kərim hədiyyə olundu

  19 Aprel 2013    Oxunub : 566
Ronaldoya Qurani-Kərim hədiyyə olundu
Portuqaliya millisi "Real" Madrid klubunun ulduz futbolçusu Kriştian Ronaldoya müqəddəs "Qurani-Kərim" kitabı hədiyyə olunub.
Səudiyyə Ərəbistanının telekommunikasiya şirkətlərindən birinin reklam çarxına çəkilən Ronaldoya şirkət rəhbərliyi tərəfindən hədiyyə olunan bu kitab qızılla işlənib. Ulduz futbolçu hədiyyəyə görə təşəkkür edib və "Qurani-Kərim"i evinin ən gözəl yerində saxlayacağını bildirib. Qeyd edək ki, Ronaldo dəfələrlə müsəlmanlara qarşı humanist davranışlarıyla yadda qalıb.

Xatırladaq ki o, 2011-ci ildə qazandığı qızıl butsunu sataraq əldə etdiyi 1.5 milyon avronu fələstinli qaçqınlara hədiyyə etmişdi. Ronaldo Fələstindəki vəziyyətlə əlaqədar, yəhudi futbolçularla formasını dəyişməkdən də imtina edərək mən qatillərlə forma dəyişmirəm deməklə də müsəlmanların qəlbinə yol tapıb.

Səbinə Həsənova
AzVision.az

Teqlər: