İsrail mediası: "İran sui-qəsd planlaşdırır"

      İsrail mediası:    "İran sui-qəsd planlaşdırır"
  16 Avqust 2024    Oxunub:1045
"İran və onun himayəsindəki "Hizbullah" İsrailə gözlənilən hücumunu ali hökumət məmurlarının sui-qəsdlə öldürülməsi şəklində həyata keçirə bilər".
İsrailin "Ynet" internet qəzeti məlumat yayıb ki, belə bir təhlükə ilə bağlı artıq nazirlərə ölkənin təhlükəsizlik nümayəndələri tərəfindən xəbərdarlıq göndərilib.

Bildirilir ki, nazirlərlə yanaşı millət vəkilləri, ordu zabitləri, habelə "Şin-Bet" (daxili təhlükəsizlik xidməti) və "Mossad"ın (xarici kəşfiyyat agentliyi) ali rütbəli məmurları "ayıq-sayıq davranmalıdırlar".

Eyni zamanda, İranın təkcə sui-qəsdlə kifayətlənməyəcəyi, raketlər və pilotsuz uçuş aparatları ilə bu, ya digər hücumlar da həyata keçirə biləcəyi vurğulanır.
Qərb mediası: İranla İsrail müharibəyə gedəcəkmi?

Xatırladaq ki, Livanda fəaliyyət göstərən "Hizbullah" terror təşkilatının ali hərbi rəhbəri Fuad Şükr Beyrutda, Fələstinin HƏMAS qruplaşmasının lideri İsmayıl Haniyə isə Tehranda öldürülüblər. Onların qətlində İsraili günahlandıran İranın ali dini lideri Əli Xamenei bu ölkəyə hücum əmri verib. ABŞ gözlənilən genişmiqyaslı toqquşmanın qarşısını almaq məqsədilə Yaxın Şərqə əlavə qüvvələr göndərib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   İran   münaqişə  





Xəbər lenti