"La Gazette du Caucase" Fransız mediasında yayılan erməni miflərini ifşa edib

"La Gazette du Caucase" Fransız mediasında yayılan erməni miflərini ifşa edib
  16 Avqust 2024    Oxunub:1174
Fransanın "Blast" adlı internet televiziya kanalı yaxın günlərdə anti-Azərbaycan məzmunlu bir reportaj yayımlayıb. Bu, belə məzmunlu reportajların ilk nümunəsi deyil. Əslində, anti-Azərbaycan və eyni zamanda pro-erməni mövzuları Fransız mediasında adi hala çevrilib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, buna cavab olaraq, Fransanın "La Gazette du Caucase" internet nəşri, Fransız kanalının əsassız iddialarını təkzib edən bir məqalə yayımlayıb.

Məqalədə vurğulanır ki, "Blast" faktiki sübutlar təqdim etmək əvəzinə, sadəcə olaraq, Ermənistanın Azərbaycan əleyhinə təbliğatını təkrarlayır.

“Məqalədə qeyd olunur ki, jurnalist sadəcə olaraq, erməni millətçi mediası tərəfindən yayılan köhnə iddiaları təkrar edir. Məsələn, Parisdə Olimpiya Oyunlarının tənqid olunduğu videonun nümayişi. "Blast" videonun Bakı tərəfindən çəkildiyini iddia etmir, ancaq onun Azərbaycan tərəfindən paylaşıldığını bildirir. Bu videonu Azərbaycanın Fransaya müdaxiləsi ilə əlaqələndirərək, videonun məhz Azərbaycan tərəfindən yayımlandığı nəticəsinə gəlmək olar,” – məqalədə deyilir.

Müəlliflər qeyd edirlər ki, "Blast" “qara kürü diplomatiyası” əfsanəsini də təkrarlamaqdan çəkinmir. “Bu termin təbəssüm yaradır, çünki kürü idxalı Fransada əsasən ermənilərin nəzarətindədir!”

La Gazette izah edir ki, Fransız kontekstində “qara kürü diplomatiyası” sadəcə olaraq, “Azərbaycan nə etsə də, bu, həmişə səhvdir” demək üçün istifadə olunur.

“Bu, Fransız kilsələrinin bərpasına yardımdan, seçilmiş rəsmilərin konfranslara və ya idman tədbirlərinə tamamilə ödənilmiş dəvətlərindən bəhs edir. Sanki Ermənistan 2020-ci ildəki müharibə zamanı bütün aparıcı Fransız siyasətçilərini İrəvana gətirməyib, burada Zemmurdan İdalqoya qədər bütün tanınmış fiqurlar Ermənistanın ‘qəhrəmanlarının’ qəbir daşları önündə foto çəkdirməyib”, - deyə müəlliflər əlavə edirlər.

Məqalədə qeyd olunur ki, hər şey Azərbaycan Ermənistanın işğalına son qoymağa qərar verdikdən sonra dəyişdi.

“Buna qədər, təxminən 30 il ərzində Azərbaycan hökuməti Ermənistanla danışıqlar aparmağa çalışırdı. Uzun illər ərzində Ermənistanın rədd cavabları, Minsk Qrupunun uğursuz qərarları və Qarabağın resurslarının ədalətsiz şəkildə biznesmenlər tərəfindən talan edilməsi nəticəsində azərbaycanlılar bu problemi özləri həll etməyə qərar verdilər. Fransadakı erməni diasporu bütün təsir və maliyyə resurslarını Ermənistan separatçılarını dəstəkləmək üçün səfərbər etdi,” – məqalədə deyilir.

Müəlliflər, həmçinin, Ermənistan diasporasının Fransadakı siyasi iqlimə olan real təsirini də şübhə altına alırlar.

“La Gazette qeyd edir ki, Ermənistan diasporu əfsanəsi – ermənilərin digər ölkələrdən fərqli olaraq seçkilərdə əhəmiyyətli rol oynadığına dair mifdir. Bu mif, əslində, Ermənistanın millətçi "Daşnaksütyun" partiyasının güclü lobbiçiləri tərəfindən yaradılmışdır,” – müəlliflər bildirir.

AzVision.az



Teqlər:





Xəbər lenti