Türkiyədə antiterror əməliyyatı: 222 nəfər saxlanılıb

Türkiyədə antiterror əməliyyatı:    222 nəfər saxlanılıb
  17 Avqust 2024    Oxunub:776
Türkiyənin 36 vilayətini əhatə edən növbəti antiterror əməliyyatı həyata keçirilib.
Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib. Onun sözlərinə görə, “Gürz-8” kod adı altında keçirilən əməliyyatda PKK terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 222 nəfər saxlanılıb.

"Saxlanılan şəxslərə qarşı sosial şəbəkələrdə cinayətkar strukturların təbliğatı ilə məşğul olmaq, PKK terrorçularının maliyyələşdirilməsi və dəstəklənməsi, əliqanlı terror təşkilatının xaricdəki şəbəkələrində iştirak etməklə bağlı ittihamlar irəli sürülüb. Eyni zamanda antiterror əməliyyatı Türkiyənin kəşfiyyat xidməti tərəfindən planlaşdırılıb və əlaqələndirilib".

AzVision.az


Teqlər:





Xəbər lenti