Ermənistanda Qərbi Nil virusu yayıldı: 20 yoluxma, 1 ölü

   Ermənistanda Qərbi Nil virusu yayıldı:    20 yoluxma, 1 ölü
  17 Avqust 2024    Oxunub:583
Ermənistanda yayılan Qərbi Nil virusuna 20 nəfər yoluxub, bir nəfər isə ölüb.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

Məlumata görə, hələlik ağcaqanadlar vasitəsilə yayılan bu xəstəliyi törədən həşəratların növü müəyyənləşdirilməyib.

Qeyd edək ki, əksər hallarda Qərbi Nil virusu hər hansı simptomlarla müşayiət olunmur, lakin yoluxan hər beşinci adam qripp virusuna bənzər simptomlar hiss edir. Eyni zamanda onlarda yüksək hərarət, üşütmə, baş və bel nahiyyəsində ağrılar, yorğunluq və limfa düyünlərində şişkinlik kimi əlamətlər müşahidə olunur.

Xatırlatmaq yerinə düşər ki, 10 faizədək hallarda mərkəzi sinir sisteminin zədələnməsi ölümlə nəticələnir.

AzVision.az



Teqlər:





Xəbər lenti