Fransada epidemiya başlayıb

Fransada epidemiya başlayıb
  17 Avqust 2024    Oxunub:845
Avropada xırdabuynuzlu heyvanlarda infeksion kataral isitməyə yeni yoluxma halları aşkarlanıb.
AzVision.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransanın Tyonvil şəhəri yaxınlığında xəstəliyin daha iki ocağı aşkarlanıb. Beləliklə ocaqların sayı altıya çatıb.

Qeyd edək ki, bu xəstəlik ölümcüldür. Əsasən, həşəratlar və kiçik milçəklər vasitəsilə gövşəyən heyvandan digər heyvanlara ötürülür, lakin insanlara keçmir.

Kataral isitmə xəstəliyi 2023-cü ildə Niderlandda başlayıb və sürətlə yayılıb. “Göy dil xəstəliyi” adlanan bu xəstəlik xırda və iribuynuzlu heyvanlarda müşahidə edilir.

AzVision.az



Teqlər:





Xəbər lenti