Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib

Ramzan Kadırov İlon Maskı Çeçenistana dəvət edib
  17 Avqust 2024    Oxunub:771
Çeçenistan rəhbəri Ramzan Kadırov amerikalı iş adamı İlon Maskı paytaxt Qroznıya dəvət edib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Kadıov bu barədə “Telegram” kanalında yazıb.

“Qroznıya gəl, səni ən əziz qonağım kimi qəbul edərəm! Düşünmürəm ki, bizim Rusiya Xarici İşlər Nazirliyi belə bir səfərin əleyhinə olacaq”, - Çeçenistan lideri qeyd edib.

Kadırov Maska “Tesla” kiberavtomobilinə görə təşəkkür edib və amerikalı iş adamını “zəmanənin ən güclü dahisi” və “böyük insan” adlandırıb.

AzVision.az





Teqlər:





Xəbər lenti