Alen Delon vəfat etdi

   Alen Delon vəfat etdi
  18 Avqust 2024    Oxunub:568
Fransalı aktyor Alen Delon 88 yaşında vəfat edib.

AzVision.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri yazı dərc edib.

“Delon şedevrlər yaradaraq bir çox parlaq rejissorların işlərinə cəlb edildi. O, onları dirijorlara bənzədirdi, özünü isə onların ilk skripkaçısı hesab edirdi”, – qəzet yazır.

Qeyd edək ki, 1935-ci ildə dünyaya gələn aktyorun kinodakı şöhrəti 1957-ci ildən başlayıb. O, Lukino Viskonti və Mikelancelo Antonioni kimi böyük rejissorların filmlərində çəkilib, Romi Şnayder və Jan-Pol Belmondo ilə tərəf-müqabil olub, “Rokko və onun qardaşları”, “Macəraaxtaranlar”, “Leopard”, “Samuray”, “Zorro”, “Qara zanbaq”, “Yaramazın ölümü” kimi filmlərdə öz obrazları ilə damğa vurub.

AzVision.az



Teqlər:





Xəbər lenti