Araqçi İranın yeni XİN başçısı oldu

   Araqçi İranın yeni XİN başçısı oldu
  18 Avqust 2024    Oxunub:1200
Xəbər Iranın yeni xarici işlər naziri ababs Araqçi olub. Onun namizədliyi ölkə parlamenti tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Məsud Pezeşkian prezident seçildikdən sonra Əraqçi onun xarici siyasət məsələləri üzrə müşaviri olub. Yeni XİN başçısı həmçinin keçmiş nazir müavini olub və 2015-ci ildə nüvə sazişinin bağlanmasında mühüm rol oynayıb.

İran prezidentinin xüsusi nümayəndəsi kimi 2020-ci ilin oktyabrında Qarabağda 44 günlük müharibənin qızğın vaxtında münaqişənin həll variantlarını müzakirə etmək üçün Ermənistan, Rusiya, Azərbaycan və Türkiyəyə səfər edib.

Uğur Əlizadə
AzVision.az


Teqlər:





Xəbər lenti