"Azərbaycan BRİKS-ə qoşulmaq istəyir" - Polad Bülbüloğlu

   "Azərbaycan BRİKS-ə qoşulmaq istəyir" -    Polad Bülbüloğlu
  18 Avqust 2024    Oxunub:621
"Azərbaycan BRİKS-ə qoşulmaq istəyir".
AzVision.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində TASS-a müsahibəsində deyib.

“BRİKS-ə qoşulmaq istəyənlərin uzun növbəsi var. Azərbaycan doğrudan da belə bir istəyi ifadə edib. Biz bu barədə rusiyalı həmkarlarımızla danışdıq",- səfir Bakının assosiasiyaya üzv olmaq üçün rəsmi ərizə verib-vermədiyi sualına cavab verərkən deyib.

BRİKS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb və Cənubi Afrika 2011-ci ildə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Efiopiya qrupun tamhüquqlu üzvləri olub. Bu il assosiasiyaya Rusiya sədrlik edir.

AzVision.az


Teqlər:





Xəbər lenti