İxtisas seçimi bu gün başa çatır

İxtisas seçimi bu gün başa çatır
  19 Avqust 2024    Oxunub:483
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.
Dövlət İmtahan Mərkəzindən AzVision.az -a bildirilib ki, bu gün saat 09:30-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 78514 abituriyent ərizəsini təsdiq edib.

1762 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti