Blinken: "Bu, axırıncı fürsətdir"

    Blinken:  "Bu, axırıncı fürsətdir"
  19 Avqust 2024    Oxunub:1471
İsrail və HƏMAS arasında sülh danışıqlarının növbəti sammiti çərçivəsində bu ölkəyə səfərə gedən ABŞ Dövlət katibi Antoni Blinken Prezident İtshak Hertsoqla görüş keçirib.
Blinken görüş zamanı vurğulayıb ki, "hazırkı danışıqlar müharibənin həlli naminə, bəlkə də, axırıncı fürsətdir".

"Bu, əsirləri evlərinə qaytarmaq, atəşkəslə bağlı razılığa gəlmək və hər kəs üçün sülh və təhlükəsizliyi qərarlaşdırmaq üçün taleyüklü məqamdır", - o söyləyib.
Qərb mediası: İranla İsrail müharibəyə gedəcəkmi?

ABŞ Dövlət katibi, eyni zamanda, HƏMAS lideri İsmayıl Haniyənin iyulda Tehranda sui-qəsdlə öldürülməsinin ardınca İran və İsrail arasında yaranmış gərginliyə, İranın hücum ehtimalına da toxunub. O belə bir şəraitdə Yaxın Şərqdə üzə çıxa biləcək eskalasiyasının qarşısını almaq üçün səy göstərdiyini diqqətə çatdırıb.

Antoni Blinken gün ərzində həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallantla da görüşlər keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   İsrail   HƏMAS   münaqişə  





Xəbər lenti