Çinin Baş naziri Rusiyaya gedəcək

   Çinin Baş naziri Rusiyaya gedəcək
  19 Avqust 2024    Oxunub:1080
Çinin Baş naziri Li Tsyanın bu həftə Rusiya və Belarusa səfəri baş tutacaq.
Rəsmi Pekinin yaydığı məlumata əsasən, səfər 20-23 avqust tarixlərini əhatələyəcək. Tsyan Çin və Rusiya hökumət başçıları arasında 29-cu müntəzəm iclasa qoşulacaq.

Çinin Baş naziri səfər çərçivəsində rusiyalı həmkarı Mixail Mişustin və belaruslu həmkarı Roman Qolovçenko ilə ikitərəfli görüşlər də keçirəcək.

Firudin Həmidli
AzVision.az


Teqlər: Çin   Rusiya   Belarus   Baş-nazir   səfər  





Xəbər lenti