Kiyevə yardım Almaniya hökumətində ikitirəlik yaradıb

   Kiyevə yardım Almaniya hökumətində ikitirəlik yaradıb
  19 Avqust 2024    Oxunub:427
Ukrayna üçün planlaşdırılan hərbi yardımın məhdudlaşdırılması Almaniyanın hakim koalisiyasında (Almaniya Sosial Demokrat Partiyası - ASDP, Yaşıllar və Azad Demokrat Partiyası - ADP) hərc-mərcliyə səbəb olub.
AzVision.az xəbər verir ki, keçən həftə “Frankfurter Allgemeine Sonntagszeitung” Almaniyanın Ukraynaya hərbi yardımı məhdudlaşdırmalı olduğunu yazmışdı. Çünki mövcud büdcə planına görə, hazırda bu məqsəd üçün yeni vəsait yoxdur. Məlumata görə, Federal Kansler idarəsi və Maliyyə nazirliyi belə sərt qənaət tədbirlərinə əl atıblar.

Bununla belə, Maliyyə nazirliyi “Bild” qəzetinə vediyi məlumatda xüsusi şəkildə elan ediləcəyi və bunun şübhə doğurmayacağı halda yeni vəsaitlərin qısamüddətli ayrılmasını öyrənməyə hazır olduğunu bildirib.

“Lakin Maliyyə nazirliyinə əlavə tələblər barədə hələlik konkret mesaj daxil olmayıb, ona görə də bunu nə öyrənmək, nə də qərar vermək mümkün deyil”, - Maliyyə nazirliyinə rəhbərlik edən ADP-nin lideri Kristian Lindner deyib.

Ancaq onun koalisiya üzrə tərfdaşları məsələnin belə qoyuluşu ilə razılaşmırlar. ASDP-nin təmsilçisi Boris Pistoriusun rəhbərlik etdiyi Müdafiə nazirliyindəki mənbələr bildiriblər ki, Lindnerin müəyyənləşdiridiyi meyarlara görə, Kiyevə hərbi yardımın göstərilməsi ilə bağlı ümumi dəyəri 3 milyard avrodan artıq olan 30-dan çox layihə həyata keçirilə bilməyəcək. Qurum Ukraynanın vəd olunmuş döyüş sistemləri ilə fasiləsiz təchizatını təhlükə altına qoyan planlara görə Maliyyə nazirini ittiham edib.

“Bild” qəzeti yazır ki, Almaniyanın Müdafiə nazirliyi mayın ortalarında bu il Ukrayna üçün əlavə 3,87 milyard avronun ayrılması zərurətini elan edib. Bu pullar ehtiyat hissələrinə (1,3 milyard avro), artilleriya mərmilərinə (600 milyon avro), pilotsuz təyyarələrə və zirehli texnikaya (təxminən 500 milyon avro) xərclənməli idi. Lakin indi Kiyev yəqin ki, bütün bunları ala bilməyəcək. Hərçənd, Maliyyə nazirliyi bununla bağlı Müdafiə nazirliyinin konkret sorğu göndərdiyini təsdiqləməyib.

“Kiyevə yardımın məhdudlaşdırılması qərarını Federal Kansler İdarəsi qəbul edib və Müdafiə nazirliyinin Maliyyə nazirliyinə Ukraynaya hərbi yardım göstərilməsi ilə bağlı layihələrin maliyyələşdirilməsi üçün konkret sorğular göndərməsinə qadağa qoyub”, - Almaniya hökumətindəki mənbələr “Bild” qəzetinə deyiblər.

Nəşr Almaniyanın Federal Kansler idarəsinin hətta Kristian Lindrenin rəhbəri olduğu Maliyyə nazirliyi ilə razılaşma əsasında bu addımı atdığını istisna etmir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Almaniya   Ukrayna   ikitirəlik  





Xəbər lenti